SON XƏBƏRLƏR

Özbəkistan Prezidenti Rusiyaya rəsmi səfər edəcək

2023.10.04, 14:46
Özbəkistan Prezidenti Rusiyaya rəsmi səfər edəcək

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Rusiya Federasiyasına rəsmi səfər edəcək. Bu barədə Özbəkistan Prezident Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Gunaz.tv

Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə reallaşacaq səfər proqramına uyğun olaraq, Moskvada iki dövlətin liderləri arasında danışıqların aparılması nəzərdə tutulur.

Özbəkistan rəhbəri Mirziyoyev Rusiya hökumətinin sədri Mixail Mişustinlə də görüşəcək.

Keçiriləcək digər yüksək səviyyəli görüşlərin gündəliyinə ikitərəfli strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin daha da dərinləşdirilməsi məsələləri daxildir.

Rəsmi səfərin proqramına Özbəkistan Prezidentinin Tatarıstana səfəri də daxildir. 

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar