SON XƏBƏRLƏR

Rusiya XİN qondarma rejimin keçmiş liderlərinin saxlanılmasına münasibət bildirib

2023.10.04, 14:50
Rusiya XİN qondarma rejimin keçmiş liderlərinin saxlanılmasına münasibət bildirib

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağdakı qondarma rejimin keçmiş liderləri Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan və “dövlət naziri” Ruben Vardanyanı saxlamasına münasibət bildirib.

Gunaz.tv

Rusiya XİN sözçüsü Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə erməni jurnalistin “separatçıların “liderləri”nin və Vardanyanın geri qaytarılması üçün Moskva hansısa tədbir görürmü?” sualına cavabında adıçəkilən şəxslərin Ermənistan vətəndaşı olduğunu söyləyib.

“Siz deyəsən qarışdırırsız. Bu sual bizə yox, Ermənistan tərəfinə verilməlidir. Həmin şəxslər Ermənistan vətəndaşlarıdır”, deyə Rusiya XİN sözçüsü vurğulayıb.

Zaxarova onlardan birinin (Ruben Vardanyan-red) Rusiya vətəndaşı olduğunu, daha sonra isə vətəndaşlıqdan imtina etdiyini də bildirib. 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar