SON XƏBƏRLƏR

Suriyada İrana bağlı 6 silahlı öldürülüb

2023.10.04, 15:26
Suriyada İrana bağlı 6 silahlı öldürülüb

İsrailin Suriyanın Əbukamal şəhərində yerləşən İrana bağlı hərbi bazaya hücumu nəticəsində 6 silahlı öldürülüb.

Gunaz.tv

Bu barədə Suriya Monitoriq Qrupunun başçısı Rami Əbdülrəhman məlumat verib.

Onun sözlərinə görə, eyni vaxtda İsrailin Deyr əz-Zorda radar stansiyasına hücumu nəticəsində 4 Suriya hərbçisi yaralanıb.

Qeyd edək ki, Suriyada öldürülən İrana bağlı silahlı muzdluların əksəriyyəti Pakistan və Əfqanistan vətəndaşlarıdır.

Onlar SEPAH-ın bu iki ölkə vətəndaşlarından ibarət qurduğu "Fatimiyyun" ordusu və "Zeynəbiyyun" briqadasının tərkibində hazırlaşdırılır, təchiz edilir və Suriyaya göndərilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar