SON XƏBƏRLƏR

Zelenski: "Bizi çox çətin qış gözləyir"

2023.10.05, 15:58
Zelenski: "Bizi çox çətin qış gözləyir"

"Bizi çox çətin qış gözləyir. Bu dövrdə Rusiyadan çoxlu hücumlara məruz qalacağıq. Rusiya Avropa qitəsi üçün təhlükə olacaq. Ona görə də bizə mümkün qədər çox hava hücumundan müdafiə sistemi və raket lazımdır".

Gunaz.tv

Bunu Ukrayna prezidenti Volodimir Zelenski İspaniyanın Qranada şəhərində keçirilən 3-cü Avropa Siyasi Birliyinin iclas öncəsi jurnalistlərə açıqlamasında deyib.

Ukrayna prezidenti ABŞ-nin daxili siyasətində baş verən proseslərlə bağlı sualı da cavablandırıb.

O bildirib ki,  ABŞ prezidenti (Co) Bayden görüşündə Ukraynanı 100 faiz dəstəklədiyini qeyd edib: "ABŞ-də Konqresin hər iki tərəfi bizi dəstəkləyir. Amma bilirəm ki, seçki dövrləri həmişə mürəkkəb olur”.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar