SON XƏBƏRLƏR

"Əxlaq polisi"nin döydüyü qızın ailə üzvləri həbs edildi

2023.10.06, 12:12
"Əxlaq polisi"nin döydüyü qızın ailə üzvləri həbs edildi

Oktyabrın 2-də Tehranda məcburi hicab qaydalarını pozduğuna görə "əxlaq polisi" tərəfindən döyülərək komaya düşən 16 yaşlı qız Armita Qravəndin anası həbs edilib.

Gunaz.tv

Bildirilib ki, Armitanın anası Şəhin Əhmədi qızının yanına buraxılmadığına etiraz etdiyinə və məsələni ictimailəşdirdiyinə görə saxlanılıb.

Bu, beynəlxalq insan haqları təşkilatları və hüquq müdafiəçilərinin etirazları ilə qarşılanıb.

Hökumətə müxalif təşkilatlar Tehran rejiminin ikinci Məhsa Əmini hadisəsini törətdiyini və yenidən kütləvi etiraz aksiyalarının başalayacağı ehtimalının yüksək olduğunu yazırlar. 

Həbsdə olan güneyli insan haqları müdafiəçisi Nərgiz Məhəmmədi hadisə ilə bağlı verdiyi bəyanatda bunu hakimiyyətin həqiqəti gizlətmək cəhdi kimi qiymətləndirib.

Bununla yanaşı, İran İnsan Haqları Təşkilatı da məsələ ilə bağlı bəyanat yayıb və beynəlxalq ictimaiyyətin Tehran rejiminin bu yeni cinayəti qarşısında səssiz qalmamasını istəyib.

Qeyd edək ki, vəziyyəti ağır olan gənc qız "Fəcr" xəstəxanasının reanimasiya şöbəsində süni tənəffüsə qoşulub.

Xəstəxananı polis qüvvələri və mülki geyimli məmurlar mühasirəyə alib, media işçiləri və qızın ailə üzvləri xəstəxanaya buraxilmir.

Armita Qravəndin vəziyyəti barədə məlumat almaq üçün xəstəxanaya gedən "Şərq" qəzetinin jurnalisti Məryəm Lütfi həbs edilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar