SON XƏBƏRLƏR

İsrail ordusu Qəzza sərhədində radikallarla döyüşləri davam etdirir

2023.10.09, 11:29
İsrail ordusu Qəzza sərhədində radikallarla döyüşləri davam etdirir

İsrailin cənubunda Qəzza zolağı ilə sərhədə yaxın yeddi və ya səkkiz məntəqədə radikallarla aktiv toqquşmalar davam edir. İsrail ordusu günün sonuna qədər bu ərazilərə tam nəzarəti ələ keçirəcəyinə ümid edir. Bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü Riçard Hecht məlumat verib.

Gunaz.tv

“Qəzza ətrafında yeddi-səkkiz açıq yer var, orada əsgərlərimiz hələ də terrorçularla mübarizə aparır. Biz düşünürdük ki, dünənə qədər tam nəzarətimizdə olacaq.

Ümid edirəm ki, biz bunu günün sonuna qədər edəcəyik”, – Hecht jurnalistlərə bildirib".

Daha əvvəl nəşr yazıb ki, oktyabrın 9-da səhər saatlarından etibarən İsrailin cənubundakı altı yerdə radikallarla aktiv toqquşmalar davam edib.

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar