SON XƏBƏRLƏR

İlon Mask Xaməneiyə cavab verdi

2023.10.09, 12:43
İlon Mask Xaməneiyə cavab verdi

İran rəhbəri Əli Xameneyinin əsas məqsədinin fələstinliləri müdafiə etmək yox, İsrailin kökünü kəsmək olduğu göz önündədir.

Gunaz.tv

Bunu “SpeysX” şirkətinin qurucusu İlon Mask "X" hesabında yazıb.

"Bu, baş verməyəcək. Nifrət alovlarını körükləmək işə yaramır. Bəlkə də, başqa bir şey haqqında düşünməyin vaxtıdır”, - Mask qeyd edib.

Xatırladaq ki, İranın dini lideri Əli Xameneinin "X" hesabında HƏMAS silahlılarının hücum videosu paylaşılaraq, İsrailin kökünün kəsiləcəyi yazılıb.

Qeyd edək ki, 7 oktyabrda HƏMAS “İslami-Cihad”la birgə İsrailə hücum edib. Nəticədə çoxsaylı insan ölüb və yaralanıb.

İsrail ordusu cavab zərbələri endirir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar