SON XƏBƏRLƏR

“HƏMAS-ın fələstinlilər üçün töhfəsi ancaq terror və qanlarının tökülməsi olub”- ortaq bəyanat

2023.10.10, 12:49
“HƏMAS-ın fələstinlilər üçün töhfəsi ancaq terror və qanlarının tökülməsi olub”- ortaq bəyanat

Amerika və 4 Qərb ölkəsi bəyanat yayaraq terrorist həmlələr qarşısında İsraili müdafiə edəcəklərini bildiriblər.

Gunaz.tv

“Hamımız fələstinlilərin legitim amallarını rəsmi olaraq tanıyırıq. Həmçinin israilllər və fələstinlilər üçün eyni ədalət və sərbəstlik üzrə hər hansı hərəkəti dəstəkləyirik. 

Lakin səhv başa düşməyin: HƏMAS bu amalları təmsil etmir. Bu təşkilatın fələstinlilər üçün töhfəsi ancaq terror və qanlarının tökülməsi olub.”

Birgə bəyanat yayan Amerika, Fransa, Almaniya, İtaliya və Britaniya rəhbərləri HƏMAS-ın terror hərəkətlərinin “əsaslandırıcı və legitim olmadığını” vurğulayıblar.

“Belə bir genişmiqyaslı cinayətlər qarşısında İsrailin özünü və xalqını müdafiə etməsini dəstəkləyirik.”-deyə bəyanatın davamında 5 Qərb ölkəsinin rəhbərləri vurğulayıb.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar