SON XƏBƏRLƏR

“Bayden iqtidarının İranla yola getməsi HƏMAS-ın İsrailə həmləsinə zəmin yaradıb”- amerikalı analitik

2023.10.10, 14:26
“Bayden iqtidarının İranla yola getməsi HƏMAS-ın İsrailə həmləsinə zəmin yaradıb”- amerikalı analitik

“İran rejiminin təsdiqləməsi olmadan islami terrorist təşkilatlarının heç biri təxribat törədə bilməz”. Bunu Orta Şərq üzrə baş siyasi analitik Maykl Pricent deyib.

Gunaz.tv

“İran rejiminin təsdiqləməsi olmadan bu ölkənin himayəsində olan islami terrorist təşkilatlarının heç biri Orta Şərqdə təxribat törədə bilməz. 

Həmçinin Bayden iqtidarının İranla yola getməsi HƏMAS-ın İsrailə həmləsinə zəmin yaradıb”- deyə Percent Amerikanın Səsinə müsahibəsində vurğulayıb. 

Pricent Amerikalı rəsmilərinin İranın həmləyə yaşıl işıq göstərməsi barədə sübutların olmadığı ilə bağlı ifadələrini tənqid edib.

“İranın həmləyə yaşıl işıq göstərmsi barədə sübutlara  ehtiyac yoxdur. Hamı bilir ki, HƏMAS-ın, Livan Hizbullahı və Fələstinin İslami Cihad təşkilatının imkan və bacarıqları İranın siyasətləri nəticəsində törənib. 

Ona görə də həmlədə Tehranın birbaşa rolu olması lazım deyil. Lakin Amerikanın hazırkı iqtidarı həmlə arxasında İranın olmasını ört-basdır etmək istəyir. 

Qəzza sakinləri İranın bölgə üzrə planı və HƏMAS-ın müharibəni alovlandırması qurbanlarıdır”-deyə Vaşinqtonda yerləşən Hudson Düşüncə Mərkəzinin siyasi analitiki sözlərinin davamında bildirib. 

Taymaz

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar