SON XƏBƏRLƏR

Əli Xaməneyi HƏMAS-ın hücumuna münasibət bildirdi

2023.10.10, 14:49
Əli Xaməneyi HƏMAS-ın hücumuna münasibət bildirdi

İranın rəhbəri Əli Xaməneyi HƏMAS silahlılarının İsrailə qarşı başlatdıqları hücumu dəstəklədiyini bildirib.

Gunaz.tv

O, bu barədə bu gün Tehranda İmam Əli Zabitlər Universitetinin məzunlarının buraxılışı mərasimində deyib.

"Fələstini və mübarizəsini müdafiə edirik, fələstinli gənclərin alınlarından öpürük və onlarla fəxr edirik, lakin bu hücum fələstinlilərin özlərinin işidir və bu dastanı onlar özləri yaradıblar",- Əli Xaməneyi qeyd edib.

O, həmin çıxışında  kağızdan oxuduğu mətndə HƏMAS-ın hücumunu qələbə adlandırıb və bunun İsrail ordusu və kəşfiyyatı üçün ağır məğlubiyyət olduğunu iddia edib.

Yayılan görüntülərdə Xaməneyinin əhval-ruhiyyəsinin yaxşı olmadığı, ciddi sarsıntı keçirdiyi məlum olur.

İran rəhbərinin kağızda yazılan mətni oxuduğu vaxt bir neçə dəfə tərəddüd etdiyi diqqət çəkib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar