SON XƏBƏRLƏR

İranda edam edilənlərin son statistikası açıqlandı

2023.10.11, 10:43
İranda edam edilənlərin son statistikası açıqlandı

Son bir il ərzində İran həbsxanalarında 659 məhkum edam edilib və öncəki illə müqayisədə edam sayı 24% artıb.

Gunaz.tv

Bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Ən çox edam cəzaları Əlborz, Sistan, Bəlucistan və Kirman əyalətlərində icra edilib.

Edam edilənlərdən 17-nin qadın, birinin isə 18 yaşa çatmamış yeniyetmə olduğu bildirilib.

Edamların 57%-i narkotik maddələrin alveri, 35%-i adam öldürməyə, 3%-i siyasi məsələlərə, 3%-i ailədən kənar cinsi münasibət ittihamlara, 2%-i isə naməlum səbəblərə görə olub.

Hesabatın yayılmasından sonra daha 5 məhkum edam edilib.

Qeyd edək ki, beynəlxalq təşkilatların hesabatına görə, İran adambaşına düşən vətəndaşların edamına və edam nisbətinə görə dünyada birinci yerdədir.

Timur

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar