SON XƏBƏRLƏR

Zelenski Belçikaya səfərn edib

2023.10.11, 11:34
Zelenski Belçikaya səfərn edib

Ukrayna Prezidenti Vladimir Zelenski Belçika Krallığına səfər edib. Bu barədə NATO-nun rəsmi nümayəndəsi Dilan Uayt “X” platformasında yazıb.

Gunaz.tv

Zelenskinin Belçikada bu gün keçirilməsi planlaşdırılan Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupu - “Ramşteyn formatı”nın növbəti görüşündə iştirakla bağlı Krallığa getdiyi bildirilib.

Ukrayna rəhbəri NATO Alyansının Brüsseldəki mənzil-qərargahına gedib. Zelenski burada NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşəcək.

Görüşdən sonra Ukrayna Prezidenti və Alyansın Baş katibi jurnalistlərlə brifinq keçirəcək, bundan sonra NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin görüşü başlayacaq.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar