SON XƏBƏRLƏR

Sünni icmasının lideri Həmasın İsrailə həmləsi barədə mövqe bildirib

2023.10.11, 16:25
Sünni icmasının lideri Həmasın İsrailə həmləsi barədə mövqe bildirib

Zahidan şəhəri Məkki Məscidinin imam cüməsi Moləvi Əbdülhəmid Həmasın İsrailə həmləsi barədə sosial şəbəkələrdə mövqe bildirib.

Gunaz.tv

Sistan və Bəluçistan Əyalətinin mərkəzi Zahidan şəhərinin sünni icmasının lideri Moləvi Əbdülhəmid sosial şəbəkələrdə mövqeyini paylaşıb.
واکنش امام جمعه اهل سنت به «طوفان‌الاقصی»

“Fələstinlilər və İsrailin bir neçə gün öncə toqquşması xeyli sayda, xüsusilə də sivil insan tələfatına səbəb olub. Dünya ictimaiyyəti bu toqquşmanı bir an öncə dayandırmağa başlamalıdır. 

Həmçinin tərəflərin çoxmüddətli münaqişəsinə son qoymaq, hüquqlarını təmin etmək və qalarğı təhlükəsizliyin təmini məqsədi ilə problemin ədalətli həlli barədə hərəkətə keçməlidir.”-deyə Moləvi Əbdülhəmid mövqe bildirib.

Qeyd edək ki, İranın təhlükəsizlik naziri hüccət-ül-islam Seyid İsmayıl Xətib Həmasın iki tərəfdən minlərlə sivil insanın ölümü və yaralanması ilə nəticələnən İsrailə həmləsini alqışlayaraq Moləvi Əbdülhəmidin bu mövqeyyini qınayıb və Amerikanın mövqeyi ilə eyni olduğunu deyib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar