SON XƏBƏRLƏR

"İrana bütün sanksiya variantları masa üzərindədir"- Amerika rəsmisi

2023.10.12, 14:31
"İrana bütün sanksiya variantları masa üzərindədir"- Amerika rəsmisi

ABŞ maliyyə naziri HƏMAS-ın İsrailə həmləsi barədə İrana sanksiya xəbərdarlığı edib.

Gunaz.tv

“ HƏMAS-ın  İsrailə həmləsində İranın əlaqəsi olduğu sübut olunarsa, masa üəzrində bu ölkəyə bütün sanksiya variantları mövcuddur.”- bunu maliyyə naziri Canet Yellen deyib.

Yellen oktyabrın 11-i Mərakeşdə keçirilən Beynəlxalq Valyuta Fondu və Dünya Bankının illik toplantısında Amerikanın İrana, HƏMAS və Hizbullaha qarşı sanksiya siyasətlərinin hər an dəyişə biləcəyini vurğulayıb.

Nazir fələstinli hərbi birləşmələrinin, o cümlədən HƏMAS-ın İsrailə həmləsini kəskin pisləyərək sanksiya ehtimalı barədə danışıb.

“Vaşinqton sanksiyaların tətbiqi üçün əldə etdiyi informasiyalardan istifadə edir.  Ehtimal olunan növbəti sanksiya varianlarının hər hansı biri onlara tətbiq oluna bilər.”-deyə nazir qeyd edib.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar