SON XƏBƏRLƏR

İran həbsxanalarında 6 məhkum edam edildi

2023.10.13, 15:39
İran həbsxanalarında 6 məhkum edam edildi

İranın Kərəc şəhərindəki Qızılhisar və Rəşt şəhərinin Lakan həbsxanalarında 6 məhkum edam edilib.

Gunaz.tv

Bu barədə insan haqları təşkilatları məlumat yayıb.

Qızılhisar həbsxanalarında edam edilənlərin hamısının adam öldürməkdə günahlandırıldıqları bildirilib.

Onların üçü Əfqanistan vətəndaşıdır.

Bununla yanaşı, Rəşt şəhərinin Lakan həbsxanasında da narkotik maddələrin alverində ittiham olunan daha bir məhkumun edam cəzası yerinə yetirilib.

Qeyd edək ki, İran İnsan Haqları Təşkilatının son hesabatına görə son bir il ərzində İran həbsxanalarında 659 məhkumun edam cəzası yerinə yetirilib.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar