SON XƏBƏRLƏR

"Böhranın həlli yolu 2 müstəqil dövlətin təşikl olunmasıdır."- Moləvi Əbdülhəmid

2023.10.13, 15:38
"Böhranın həlli yolu 2 müstəqil dövlətin təşikl olunmasıdır."- Moləvi Əbdülhəmid

"İsrail-Fələstin böhranı İsraili məhv etməklə yox, 2 müstəqil dövlət təşikl olunması ilə həlli olunmalıdır". Bunu Zahidan şəhəri sünni icmasının lideri Moləvi Əbdülhəmid deyib.

Gunaz.tv

Cümə namazı imamı Əbdülhəmid xütbələrində dünya ictimaiyyətindən bu barədə hərəkətə keçmələrini istəyib.

Moləvi həmçinin İran hakimiyyətinin “İsrail məhv edilməlidir” şuarını qınayıb.

“Fələstin və İsrail arasında azı 70 illik münaqişə tarixçəsinə əsasən müslmanlar və israillilər bir- birini məhv etməyə qadir deyillər. Onların arasında çaxnaşmanı birtərəfli dəstəkləmə əvəzinə iki tərəfin xeyrinə insaflı həll edilməlidir.  

Belə bir şəraitdə ədalətli həll yolu bölgədə 2 müstəqil  dövlətin təşkil olunmasıdır.”-deyə sünni lider vurğulayıb.

İran hakimiyyəti müasir şəraiti əks etdirməyən “İsrail məhv edilməlidir” şuarı və fələstinliləri himayə bəhanəsi ilə HƏMAS-ı  maliyyə və hərbi silahlarla dəstəkləyir. 

Həmin xulyanın  nəticəsində minlərlə fələstinli və israilli, o cmülədən günahsız uşaqlar həlak olur.

Taymaz

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar