SON XƏBƏRLƏR

Mübariz Əhmədoğlu: İran prezidenti Təbrizdə milli hüquqlardan danışsaydı daha çox önəm kəsb edərdi

2021.10.20, 07:36
Mübariz Əhmədoğlu: İran prezidenti Təbrizdə milli hüquqlardan danışsaydı daha çox önəm kəsb edərdi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “İran prezidenti qeyd etdiyi bəyanatlarla yanaşı, Azərbaycan dilinin, məktəblərinin, mətbuatının, tarixi abidələrinin vəziyyətindən danışsa idi daha çox önəm kəsb edərdi”. Bu sözləri Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu deyib. Mübariz Əhmədoğlu İran prezidentinin Təbriz səfəri zamanı nitqlərində emosiyanın çox olduğunu deyir. Onun fikrincə, İran prezidentinin seçkiöncəsi verdiyi iqtisadi-sosial vədlərin yerinə yetirilməsi üçün İranın maddi imkanları yoxdur. Eyni zamanda, politoloq hesab edir ki, Təbrizi şiəliyin paytaxtı adlandırması isə pafosdur.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar