SON XƏBƏRLƏR

MAQATE İrana qarşı qətnamə qəbul edib. qətnaməni Rusiya və Çində dəstəkləyib

2021.10.20, 07:36
MAQATE İrana qarşı qətnamə qəbul edib. qətnaməni Rusiya və Çində dəstəkləyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, noyabr ayının 27-də Atom Enerjisi üzrə Beynəlxalq Agentli (MAQATE) İrana qarşı yeni qətnaməni qəbul edib. Amerika Birləşmiş Ştatları, Böyük Britaniya, Fransa, Almaniya, Rusiya və Çin nümayəndələrinin İranla bağlı tərtib etdiyi qətnamə layihəsinin "lehinə" 25 dövlət, "əleyhinə" isə 3 dövlət səs verib. Altı ölkə isə bitərəf qalıb. Vyanada qəbul olunmuş qətnamədə bu yaxınlarda Qum şəhərində aşkar edilən uran zənginləşdirmə obyektinin inşasının dayandırılması tələb olunur. Həmçinin Qətnamədə İran başqa gizli nüvə fəaliyyətinin olmadığını təsdiq etməyə çağırılır. Qeyd edək ki İranın uranı zənginləşdirməyinə görə cəzalandırılmasında həvəssiz görünən Rusiya və Çin də qətnaməyə müsbət səs verən dövlətlər arasında olub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar