SON XƏBƏRLƏR

İranda siğə qalmaqalı

2021.10.20, 07:36
İranda siğə qalmaqalı

Gunaz.tv

Abbas Əbdi: Gənclərə siğəni tövsiyə edən cənablar özləri razı olarlar ki, 15 yaşındakı qızları kiməsə siğə edilsin? Mahmud Əhmədinejad hökumətinin tərəfdarı olan bir sıra rəsmilərin gündəmə gətirdiyi siğə (müvəqqəti evlilik) məsələsi qalmaqala səbəb olub.AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, İran hüquq mühafizə qüvvələri xəfiyyə polisinin keçmiş rəisi Seyid Əsğər Cəfəri jurnalistlərə açıqlamasında zorlama cinayətlərinin qarşısını almaq üçün gənclər arasında siğəni təşviq etməyi zəruri saydığını deyib: “Qanuni cinsi bəhrələnmə yolları asanlaşdırılmalı və buna zəmin yaradılmalıdır”.İran parlamentinin mühafizəkar deputatı Əli Mütəhhəri isə jurnalistlərə görüşündə gənc qız və oğlanlar arasında siğəyə rəvac verilməsinin zəruri olduğunu deyib: “Biz cəmiyyətdəki gerçəklikləri niyə qəbul etmək istəmirik? İstəsək də, istəməsək də, gənc oğlan və qızlar gizlicə bir-biri ilə tanış olur, dost olduqdan sonra münasibətlərə başlayırlar. Bu isə şəriətə zidd və qanunsuzdur. Bəzən ailələr də bu kimi dostluqlardan xəbərdardır. Biz deyirik ki, oğlan və qızlar arasındakı bu dostluqlar olsun, lakin şəriət qanununa uyğun olsun. Onlar bir-birləri ilə müvəqqəti evlənsinlər və cinsi ehtiyaclarını qanuni yolla təmin etsinlər, ailələr də buna razılıq versinlər”.  1979-cu il noyabrın 4-də ABŞ-ın Tehrandakı səfirliyini tutan ifratçı tələbələr sırasında olan, hazırda hökumət müxalifi Abbas Əbdi jurnalistlərə açıqlamasında siğəyə qarşı çıxdığını deyib: “Görəsən, gənclərə siğəni tövsiyə edən cənablar özləri razı olarlar ki, 15 yaşındakı qızları kiməsə siğə edilsin? Onlar öz qızlarına hansısa oğlanla münasibət yaratmağa icazə vermədiyi halda bu resepti yalnız xalqın uşaqlarına təbliğ edirlər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar