SON XƏBƏRLƏR

Cavid Vəliyev: Dağlıq Qarabağın statusu məsələsi haqqında görüş ayrılığı davam etməkdədir (MÜSAHİBƏ)

2021.10.20, 07:36
Cavid Vəliyev: Dağlıq Qarabağın statusu məsələsi haqqında görüş ayrılığı davam etməkdədir (MÜSAHİBƏ)

Gunaz.tv
Bu gün Dağlıq Qarabağ ətrafında məsələlər gərginləşib. Hər iki tərəfdən sərt açıqlamalar verilir. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev media verdiyi açıqlamada Ermənistanı danışıqlardan spekulyasiya etdiyini və belə olan halda müharibə variantının ortaya gələcəyini bildirib. Tanınmış analitiklər bu məsələ ətrafında fikirlərini bildirirlər. Hazırda, müharibənin başlanma ehtimalı varmı, əgər savaş baş versə Ermənistan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı bağlı hədələyici bəyanat verib və bir neçə bundan öncə Almaniyanın Münhen şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nəsə gözləmək olarmı bu haqda ünvanladığımız suallarımızı müstəqil siyasi analitik Cavid Vəliyev GÜNAZ.TV Mətbuat Xidmətinə cavablandırır. - Cavid bəy bu günlərdə Almaniyanın Münhen şəhərində baş tutan Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən nəsə gözləmək olarmı? - Ümumiyyətlə 1994-cü ildə bu günə qədər tərəflər arasında dəfələrcə belə üst səviyyədə görüşlər keçirilibdir. Məhz bu il iki tərəfin prezidentləri arasında altı görüş təşkil olunubdur. 16 illik təcrübə göstərmişdir ki, bu görüşlərin nəticələri haqqında analizlərdə üç nöqtəyə diqqət etmək lazımdır. 1. Görüşlərdən həmən sonra verilən açıqlamalara etibar etmək düzgün deyil, 2. Bu mənada Minsk Qrupunun deyil tərəflərin açıqlamalarına etibar etmək daha doğru olardı, 3. Bəzən tərəflər bir görüşdə müəyyən məsələdə razılığa gəlsələr belə daha sonra regionda davam edən bəzi hadisələrdən istifadə edərək fikirlərini dəyişə bilirlər. Digər görüşlərdən fərqli olaraq Münhen görüşündən sonra hər iki tərəfin xarici işlər nazirliklərindən görüş haqqında verilən açıqlamalarda bənzərlik var. Fəqət bu görüşmələrin yazılı bir razılaşmaya çevriləcəyini deməyə əsas vermir. Anladığım qədəriylə Dağlıq Qarabağ probleminin həllində mühüm rol oynayan Dağlıq Qarabağın statusu məsələsi haqqında görüş ayrılığı davam etməkdədir. - Prezident İlham Əliyev çıxışında Ermənistanla danışıqlar nəticə vermədiyi təqdirdə müharibə variantının ortaya gələcəyini bildirməsi, Ermənistanda narahatçılıq yaradıb. Sizcə, müharibənin reallaşması mümkündürmü? - Günümüzdə bir dövlət xarici vəya təhlükəsizlik siyasətində bir addım atarkən dört nöqtəyə diqqət edir. 1. Beynəlxalq və regional mənada dəngələr bu addımı atmağa uyğundurmu? 2. Bu addımı atmağa özünün gücü varmı? 3. Bu addımı atarkən istədiyi nəticəni alacaqmı? 4. Beynəlxlaq hüquq bu sahədə nə deyir? Azərbaycan müharibəyə başlayarsa bu dört məsələni də dəyərləndirərəcəktir. Bu dörd nöqtədən ilkindən başqa son üçü qəti şəkildə Azərbaycanın lehinədir. Qalır ən əsas olan birinci regional ve beynəlxalq dəngələr məsələsi. Günümzə qədər bu məsələ Azərbaycanın lehinə olmadı. Fəqət əgər Ermənistan Dağlıq Qarabağ ətrafında rayonların qaytarılmaması məsələsində israr edərsə o zaman regional ve beynəlxalq güclər Qarabağ etrafı rayonlar üçün müharibəyə səssiz qala bilər. Bu mənada Azərbaycan prezidentinin 20 Noyabrda Goranboydakı müharibə açıqlaması daha sərt, konkret idi və əvvəlki müharibə açıqlamalarından fərqlənirdi. Fəqət Münhen görüşündən sonra Azərbaycan tərəfindən verilən açıqlamalara baxanda görürük ki, hələ ki, müharibə ehtimalı uzaqdır. - Azərbaycanın bu bəyanatına cavab olaraq Ermənistan rəhbərliyi isə bildirib ki, müharibə başlayacığı təqdirdə rəsmi İrəvan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağdır və yada qarşılıqlı əməkdaşlıq müqaviləsi imzalayacaqdır. Ermənistan bu addımı ata bilərmi? - Ermənistan hakimiyyəti müəyyən məsələlərdə özü qərar verə bilmə gücünə sahib deyil. Əgər Ermənistan bu açıqlamaları verirsə bunu kiməsə güvənərək verir. Siyasi baxımdan bu gücə arxalanaraq bu addımı ata bilər. Fəqət Azərbaycan müharibəyə başlayarsa hər halda BMT-nin 51. maddəsindəki özünü müdafiə haqqından istifadə edəcəkdir. Ermənistan beynəlxlaq hüququn hansı prinsipindən istifadə edəcəkdir? Hal hazırda bütün dünya dövlətləri və BTM Qarabağı Azərbaycan torpağı olaraq tanıyır. Ermənistan Qarabağı tanıma addımını atarsa beynəlxlaq hüququ heçə sayan daha bir addım atmış olacaqdır. Söhbətləşdi: Elnur Eltürk

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar