SON XƏBƏRLƏR

6 milli-mədəni fəalın məhkəmə iclası keçirilib

2021.10.20, 07:36
6 milli-mədəni fəalın məhkəmə iclası keçirilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Fəraz Zehtab (Təbriz universitetinin öyrənci fəalı), Məhbub Budaqi (Şair), Həsən Əbdüllahi (Türk dili və ədəbiyatı müəllimi), Məhəmmədrza Haşimi, Həsən Asyabi və Həbib Avridə mühakimə olunublar. Onlar Məhkəmə iclası noyabrın 18-də Təbriz İnqilab Məhkəməsində keçirilib. Məhkəmə iclasının rəisi isə Hakim Dövlətabadi olub. Adını çəkdiyimiz milli-mədəni fəallar bir neçə ay öncə Təbrizin ETTELAAT (İran Kəşfiyat Nazirliyi) əməkdaşları tərəfindən tutulduqdan sonra həbs olunmuşdular. Onlar 3 ay məhbus hayatına dözdükdən sonra mülki girov qoyaraq müvəqqəti azadlığa buraxılmışdlar. Milli-mədəni fəalların ittihamı “Babəkin İtgin Əsgərləri” adlı veblaq vasitəsi ilə milli təhlükəsizliyi pozmaq istəyən qrupun təşkili və bildiriş vasitəsi ilə keçmiş illərdə əhalini aksiyaya çağırmaqdan ibarət olub. hakim milli fəalların bir neçəsinin “Babək Qalası” mərasiminə qatılması və onlardan birinin işgəncələr altında verdiyi etirafı, ittihamlar üçün əsas gətirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar