SON XƏBƏRLƏR

Münhen (Münix) görüşündə əldə edilən irəliləyişlərin detalları bəlli olub

2021.10.20, 07:36
Münhen (Münix) görüşündə əldə edilən irəliləyişlərin detalları bəlli olub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin Türkiyə Mətbuatına istinadən yaydığı məlumata görə, Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın noyabrın 22-də Münhendə keçirilmiş görüşündə əldə edilən irəliləyişlərin detalları bəlli olub. rəsmi Ankaraya çatan ilkin məlumata görə, prezidentlər konkret nəticəyə nail ola bilməsələr də, problemin həlli ilə bağlı Minsk Qrupu həmsədrlərinin əvvəldən hazırlayaraq tərəflərə təqdim etdiyi Madrid prinsipləri ilə Helsinki Yekun Aktı çərçivəsində irəliləyiş əldə olunmasına cəhd göstəriblər. Münhen görüşündə iki liderin uyğun bildikləri irəliləyişlər bunlardır: - Dağlıq Qarabağla bağlı yekun anlaşma üçün təməl olacaq çərçivə anlaşması üzərində fikir mübadiləsi aparılıb; - Dağlıq Qarabağ ətrafında Ermənistanın işğalı altında olan 7 rayondan (Kəlbəcər, Laçın, Qubadlı, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan) 5-nin boşaldılması məsələsində razılığa gəlinib; - Boşaldılacaq 5 rayonun hansılar olacağı hələlik dəqiqləşməyib; - Rəsmi İrəvan Ermənistanla Dağlıq Qarabağ arasında əlaqə yaradan Laçın dəhlizinin boşaldılmasının bu mərhələdə gündəmə gətirilməsinin qəti əleyhinə olduğunu bildirib; - Dağlıq Qarabağın yekun statusuna dair qərarın referendum əsasında müəyyənləşməsi prinsipcə müvafiq sayılıb. Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elxan Poluxov, habelə Ermənistan XİN başçısı Edvard Nalbandyan da Münhen görüşündə irəliləyişə nail olunduğunu bildirib. Onu da əlavə edək ki, Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla telefonla danışaraq, Münhen görüşü barədə məlumat alıb. Oxunub: 15 ARXİV Moldova səfirinin ölkəmizdə fəaliyyəti sona çatır Elmar Məmmədyarov bununla əlaqədar diplomatı qəbul edib "Azərbaycan NATO-nun köhnə və çox aktiv tərəfdaşıdır" Bunu Alyansın rəsmi nümayəndəsi Ceyms Appaturay deyib Prezident 1 milyon manat ayırıb Ağdamda səhiyyə xidməti yaxşılaşdırılacaq Həqiqi hərbi xidmətə çağırışla bağlı fərman imzalanıb İrəvan yenidən çalxalanacaq Türkiyə-Ermənistan protokolları və Madrid prinsiplərinə qarşı aksiya keçiriləcək Qlobal istiləşməylə bağlı sammitə Obama da qatılacaq "Strasburqa qayıdandan sonra konkret təkliflər irəli sürəcəyik" "Aqo" Monitorinq Qrupunun rəhbəri mətbuat konfransı keçirib Münhen görüşünün detalları bəlli olub 5 rayonun boşaldılması məsələsində razılığa gəlinib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar