SON XƏBƏRLƏR

İran müxalifəti dekabrın 7-də etiraz aksiyalarına hazırdır

2021.10.20, 07:36
İran müxalifəti dekabrın 7-də etiraz aksiyalarına hazırdır

Gunaz.tv
Musəvi tərəfdarları dekabrın 7-də kütləvi aksiyalar keçirməkdə israrlıdır, Xamneyi isə müxalifətçiləri hədələyir İranın hüquq-mühafizə orqanları müxalifətə növbəti xəbərdarlığını ünvanlayıb. Məlumatda 7 dekabr Tələbələr günü münasibətilə kütləvi aksiyaların keçirilməsinin yolverilməz olduğu öz əksini tapıb. Buna baxmayaraq, müxalifət nümayəndələri dekabrın 7-də küçələrə çıxmağa və saxtalaşdırılmış prezident seçkilərinə etiraz etməyə hazır olduqlarını bəyanlayıblar. Xatırladaq ki, 12 iyunda keçirilmiş seçkilərdən sonra hüquq-mühafiə orqanları İran müxalifətinin lideri Mirhüseyn Musəvi tərəfdarlarının razılaşdırılmamış bir neçə aksiyasının qarşısını alıb. Bu arada İranda 12 iyun prezident seçkilərinə qarşı kütləvi etiraz aksiyalarının təşkilində əli olmaq ittihamıyla həbsdə olan məşhur islahatçı Məhəmməd Ətriyanfərin 500 min dollar zəmanət ödəniləndən sonra azadlığa çıxdığı bildirilir. Ədliyyə Nazirliyinin rəsmiləri isə onun 6 il həbs cəzasına məhkum olunduğunu, ancaq bunun son qərar olmadığını deyiblər. Tehran Bələdiyyə Şurasının sabiq başçısı olan Məhəmməd Ətriyanfər bir neçə qəzetə redaktorluq da edirdi. O, etiraz nümayişlərinə qatılmaq ittihamıyla tutulan yüzlərlə sabiq dövlət rəsmisi, jurnalist və digər fəallardan biridir. Bundan əlavə, builki prezident seçkisi olaylarında tutulan islahatçı Müşarikət Cəbhəsi mərkəzi şurasının üzvü Əli Tacirniya 6 il müddətinə azadlıqdan məhrumetmə və 74 şallaq zərbəsinə məhkum olunub. Tehran məhkəməsi onu ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda, qanunsuz aksiyalara qatılmaqda, sistemə qarşı təbliğat aparmaqda və hökumət rəsmilərini, o cümlədən də İran prezidenti Mahmud Əhmədinejadı təhqirdə təqsirli bilib. Əli Tacirnianın vəkili jurnalistlərə açıqlamasında müvəkkilinə qarşı irəli sürülən ittihamların əsassız olduğunu bildirib. İran hüquq-mühafizə qüvvələrinin xəfiyyə polisinə isə yeni rəis təyin olunub. Hüquq-mühafizə qüvvələrinin komandanı İsmayıl Əhmədi Müqəddəmin sərəncamıyla bu posta Seyid Həsən Bətuli gətirilib. Xəfiyyə polisinin keçmiş rəisi Seyid Əsğər Cəfəri isə qurumun başqa bir şöbəsində fəaliyyət göstərəcək.xalqcebhesi

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar