SON XƏBƏRLƏR

Keçmiş Baş Nazir Məhəmmədhüseyn Səffar Hərəndinin universitetdəki çıxışı aksiyaya çevrilib

2021.10.20, 07:36
Keçmiş Baş Nazir Məhəmmədhüseyn Səffar Hərəndinin universitetdəki çıxışı aksiyaya çevrilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran prezidenti Mahmud Əhmədinejad hökumətinin tərəfdarı, keçmiş irşad və mədəniyyət naziri Məhəmmədhüseyn Səffar Hərəndinin universitetdəki çıxışı tələbələr tərəfindən aksiyaya çevrilib. Bu hadisə noyabrın 24-də Məhəmmədhüseyn Səffar Hərəndinin Kaşan Universitetində yüzlərlə tələbənin qarşısında çıxış edərkən baş verib. universitetin akt zalında toplaşan tələbələr Səffar Hərəndinin çıxışını bu şüarlarla kəsiblər: “Sənin kimi mədəniyyət naziri bizim üçün biabırçılıqdır”, “Diktatora ölüm”, “Cəhənnəm ol, Hərəndi, gözdən itil, Hərəndi”, “Diktator utan, təhsil ocağından əl çək”, “Cəhənnəm ol, qatil”, “Mədəniyyət qatili” və s. Səffar Hərəndi çıxışını yarımçıq qoyaraq mühafizəçilərinin müşayiəti ilə universiteti tərk edib. məlumatda “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) qüvvələri ilə aksiyaçı tələbələr arasında qarşıdurma yarandığıda bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar