SON XƏBƏRLƏR

İranda Öyrənci günü yaxunlaşdıqca tələbələrin tutulması yeni vüsət alır

2021.10.20, 07:36
İranda Öyrənci günü yaxunlaşdıqca tələbələrin tutulması yeni vüsət alır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda dekabr ayının 7-i (Milli Tələbə Günü) yaxunlaşdıqca tələbələrin tutulması vüsət alıb. Iranın hüquq müdafiəçiləri qrupunun məlumatına əsasən İran polisi dekabr ayının 7-də keçiriləcək aksiyalara mane olmaq məqsədilə tələbələri həbs etməyə başlayıb. Beynəlxalq İnsan Hüquqları Kampaniyasıda son günlərdə İranın müxtəlif universitetlərinə mənsub olan çox sayda tələbənin həbs edildiyi haqda məlumat yayıb. Onların əksəriyyəti noyabr ayının 4-də hökumətin sponsorluğu ilə Tehranda keçmiş Birləşmiş Ştatlar səfirliyi qarşısında keçirilən nümayişlər zamanı etiraz aksiyalarının keçirilməsinə cəhd göstərərkən həbs edilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar