SON XƏBƏRLƏR

Milli-mədəni fəalların bir neçəsi o cümlədən Muradpur qardaşları həbsə məhkum edilib

2021.10.20, 07:36
Milli-mədəni fəalların bir neçəsi o cümlədən Muradpur qardaşları həbsə məhkum edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Fərdin Muradpur 6 il və onun qardaşı Murtaza Muradpur 3 il həbsə məhkum edilib. Bu xəbəri Milliharakat saytı Təbrizdən olan mənbələrə istinadən yayıb. Qeyd edək ki Fərdin Muradpur 2006-ci ilin 22 may milli qiyamın üçüncü il dönümü mərasimində Təbrizin Şahgölü məntəqəsində, İranın Milli Təhlükəsizlik Qüvvələri tərəfindən yaralanmışdı. Milli-mədəni fəalin yaralanması onun ailəsi və ozunun ETTELAAT (İran Keşfiyat Nazirliyi) əməkdaşları tərəfindən təzyiq altında tutulmasına səbəb olub. hətta milli fəalın anası 15 gün Təbriz ETTELAATında saxlanılıb. Həmin mənbədən aldığımız məlumata görə, Milli Qiyamın üçüncü il dönümü mərasimində tutuqlanmış bir neçə milli fəala 3 – 6 il arası həbs cəzası kəsilib. Onlardan bir neçəsinin adını qeyd edirik: Həsən Muradpur, Cəlal Rəcəbzadə, Nasir Bədəli, Əli Bədəli, Əli Rəhimi, Əmin Paşa qarabaği, Əhəd Fəthi kəndrud, Arəş Eşq molan, Behzad Sadiqyanfərd, Vəhid Ağacani və s.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar