SON XƏBƏRLƏR

İran hakimiyyəti növbəti aksiyalar barədə müxalifəti uyardı

2021.10.20, 07:36
İran hakimiyyəti növbəti aksiyalar barədə müxalifəti uyardı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "ans-press"-ə istinadən yaydığı məlumata görə, İran hüquq-mühafizə orqanları müxalifətə xəbərdarlıq edib ki, 7 dekabr-Tələbələr günü münasibətilə kütləvi aksiyaların keçirilməsi yolverilməzdir. İran müxalifətinin nümayəndələri bəyan etmişdilər ki, dekabrın 7-də küçələrə çıxmağa və saxtalaşdırılmış prezident seçkilərinə etiraz etməyə hazırdırlar. İyunda keçirilmiş seçkilərdən sonra hüquq-mühafiə orqanları İranın müxalifət lideri Mirhüseyn Musəvi tərəfdarlarının razılaşdırılmamış bir neçə aksiyasının qarşısını alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar