SON XƏBƏRLƏR

İran Rusiyanı məhkəməyə verməklə hədələyib

2021.10.20, 07:36
İran Rusiyanı məhkəməyə verməklə hədələyib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran ilə Rusiyanın münasibətləri gündən günə soyuyur. İran İslam Respublikasının briqada generalı Məhəmməd Həsən Mansurian bildirib ki, Rusiya S-300 raket komplekslərini verməsə, beynəlxalq məhkəmədə ona qarşı iddia qaldırılacaq. Məhəmməd Həsən Mansurian vurqulayıb ki, “Rusiya sionist lobbi və ABŞ-ın təzyiqləri altında olduğu üçün üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edir. Lakin Rusiya ilə İran arasında rəsmi saziş imzalanıb. Bu üzdən də Tehran beynəlxalq məhkəmə vasitəsi ilə ədalətə nail ola bilər”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar