SON XƏBƏRLƏR

Erməni millətçiləri Gürcüstanın əleyhinə etiraz aksiyası keçiriblər

2021.10.20, 07:36
Erməni millətçiləri Gürcüstanın əleyhinə etiraz aksiyası keçiriblər

Gunaz.tv
GÜNAZ.TVmətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İrəvanda erməni millətçi gənclər təşkilatlarının üzvləri Gürcüstanda erməni kilsə və monastırlarının qorunmasına laqeyd münasibət bəsləndiyi iddiaları ilə aksiya keçiriblər. aksiya iştirakçıları Tiflisdə 1356-cı ildə tikilmiş Surb Qevorq erməni kilsəsinin baxımsızlıq ucbatından uçulub-dağıldığını bildiriblər. Aksiyada “Laqeydliyə son qoyulsun!”, “Bizim kilsələri qaytarın!”, “Gürcülər, siz xirstiansınız” şüarları səsləndirilib. Aksiya Gürcüstanın Ermənistandakı səfirliyinin qarşısında başa çatıb. Aksiyanın yekun bəyannaməsi səfirliyin əməkdaşlarına təqdim olunub. Analoji aksiyanın BMT-nin İrəvandakı ofisi qarşısında keçirilməsi nəzərdə tutulsa da, meriya bu aksiyaya icazə verməyib.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar