SON XƏBƏRLƏR

Haşimi Rəfsəncani ölkəsinin böhran içində olduğunu bildirib

2021.10.20, 07:36
Haşimi Rəfsəncani ölkəsinin böhran içində olduğunu bildirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İran İslam Respublikasının böyük ideoloqu, Sistemin Məsləhətini Müəyyənləşdirən Qurumun rəisi, Üləmalar Məclisinin rəhbəri ayətullah Haşimi Rəfsəncani İranın indiki durumunu son dərəcə böhranlı sayır. noyabrın 22-də Tehran Universiteti tibb fakültəsinin bir sıra müəllimləri ilə görüşən Rəfsəncani bildirib ki, “Rəsmilər ölkədəki çatışmazlıqlardan danışanlar və ədalətli tənqidlər irəli sürənlərlə daha sivil davranmalı, bu nöqsanlardan sərbəst danışmaq üçün şərait yaratmalıdırlar. İran İslam Respublikası xalqla yanaşı və çiyin-çiyinə hərəkət etdiyi təqdirdə uğur qazana bilər. Xalqın dəstəyindən məhrum olan islam sistemi ziyan görəcək”. görüşdə son aylarda baş verən olaylara və ölkənin hazırkı acınacaqlı durumuna toxunan Haşimi Rəfsəncani xalqın mövcud vəziyyətdən narahat olduğunu vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar