SON XƏBƏRLƏR

”Xəbər” qəzeti qapadıldı, “Həmşəhri” qəzetinin fəaliyəti isə müvəqqəti olaraq dayandırıldı

2021.10.20, 07:36
”Xəbər” qəzeti qapadıldı, “Həmşəhri” qəzetinin fəaliyəti isə müvəqqəti olaraq dayandırıldı

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, noyabrın 23-dən bəri “Xəbər” qəzetinin yazılı nəşrinə qadağa qoyulub. “İlna”-nın yaydığı məlumatda bildirilir ki baxmayaraq adını çəkdiyimiz qəzet mühafizəkar qəzetdir ancaq dövlətin hərəkətlərini tənqid edən bir qəzet olub. dövlət rəsmilərinin İqtisadi, Siyasi, Mədəni və İçtimai siyasətlərini dəvamlı müzakirə edib. qəzet əməkdaşlarından biri bəzi siyasi mərkəzlərin xüsusi ilə radikal qrupların qəzete etdiyi təzyiqdən xəbər verib. O əlavə edib ki biz fəaliyətimizi internet-sayt formasında dəvam etdirəcəyik. Həmçinin “İlna” xəbər agentliyinin yaydığı məlumata görə, “Həmşəhri” qəzetinə qoyulan qadağa bir neçə saatdan sonra dəyişilib və qəzet öz fəaliyətini bərpa edib. məlumata görə, “Həmşəhri” qəzetinə qoyulan qadağanın səbəbi “lotus” ibadətgahı adı altında dərc olunmuş bir turizm reklamı ilə bağlı olub. deyilir ki Hindustanda yerləşən ibadətgahda, Bəhayilər turist cəzb etmə formasında fəaliyət göstərirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar