SON XƏBƏRLƏR

Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana daşınacaq narkotiklərin qarşısını alıb

2021.10.20, 07:36
Milli Təhlükəsizlik Nazirliyi (MTN) İrandan Azərbaycana daşınacaq narkotiklərin qarşısını alıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Milli Təhlükəsizlik Nazirliyi (MTN) əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotiklərin daşınması ilə məşğul olan şəxslər ifşa olunaraq zərərsizləşdirilib. Onlardan ümumilikdə 104 kiloqramdan artıq narkotik vasitə aşkar edilərək götürülüb. Bu barədə "Turan"a MTN-in İctimai Əlaqələr Mərkəzindən bildirilib. Şamil Əzizəliyevlə əvvəlcədən əldə olunmuş razılığa əsasən, İran vətəndaşları satış məqsədi ilə təxminən 62 kiloqram həşişi və 800 qrama yaxın heroini qaçaq yolla İrandan Cəlilabad rayonu istiqamətində keçiriblər və sonra Mikayıllı kəndinə gətirərək yerli sakin Ş.Əzizəliyevə təhvil veriblər. MTN-in əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Əzizəliyev yaxalanıb və onun yaşadığı Mikayıllı kəndindəki evinə keçirilmiş baxış zamanı həmin narkotik vasitələr aşkar edilərək götürülüb. MTN-in keçirdiyi digər əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin daşınması üzrə cəhdin qarşısı alınıb. Azərbaycan vətəndaşı Rauf Məmmədovun sifarişi əsasında İran vətəndaşı satış məqsədi ilə narkotik vasitə olan həşişi qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan ərazisinə keçirərək, R.Məmmədova çatdırıb. Məmmədov həmin narkotik vasitələri gizlətmək istəyərkən MTN əməkdaşları tərəfindən saxlanılıb. Keçirilən baxış zamanı 41 kiloqram 710 qram həşiş aşkar edilərək götürülüb. Hər iki faktla bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma, göndərmə və satma) maddələri ilə cinayət işləri başlanılıb. İstintaq MTN-in İstintaq Baş İdarəsi tərəfindən aparılır.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar