SON XƏBƏRLƏR

Robert Geyts: İran Latın Amerikası ilə təxribatçı fəaliyyətlərlə məşquldur

2021.10.20, 07:36
Robert Geyts: İran Latın Amerikası ilə təxribatçı fəaliyyətlərlə məşquldur

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, hazırda Latin Amerikada bulunan İran prezidenti Mahmud Əhmədinejadın səfərinə, Amerika Birləşmiş Ştatlar-ın müdafiə naziri Robert Geyts münasibət bildirib. Robert Geyts bəyan edib ki, İran Latın Amerikası ilə təxribatçı fəaliyyətlərlə məşğuldur. İran prezidenti Mahmud Əhmədinejad Latin Amerika ölkələri səfəri sırasında dünən noyabrın 23-də Rio De-Janeiroda Braziliya prezidenti Luiz İnaçio Lula Da Silva ilə görüşüb. Braziliyada yüzlərlə insan İran prezidentinin səfərinə qarşı etiraz aksiyası keçirib. Əhmədinejad Braziliyadan sonra Boliviyaya, oradan isə Venesuelaya səfər edəcək. Bu arada BMT Təhlükəsizlik Şurası İranının uranın zənginləşdirilməsi layihəsini dayandırmağı tələb edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar