SON XƏBƏRLƏR

Qorxuya düşən fars-molla rejimi, əzələ nümayiş etdirir

2021.10.20, 07:36
Qorxuya düşən fars-molla rejimi, əzələ nümayiş etdirir

Gunaz.tv
İldırım Məmmədov: "Birləşmiş Ştatlara əli çatmayan İran onun regiondakı tərəfdaşlarına əzələ nümayiş etdirir" İranın fars-molla rejimi dünyanın ondan konstruktiv addımlar gözlədiyi bir dönəmdə öz mGünAzTv: İldırım Məmmədov: "Birləşmiş Ştatlara əli çatmayan İran onun regiondakı tərəfdaşlarına əzələ nümayiş etdirir" İranın fars-molla rejimi dünyanın ondan konstruktiv addımlar gözlədiyi bir dönəmdə öz mahiyyətinə uyğun yeni aksiyaya başlayıb. Rəsmi Tehran bir neçə aylıq fasilədən sonra öz hərbi arsenalını yenidən sınaqdan çıxarmaq niyyətilə növbəti genişmiqyaslı təlimlərə start verib. İranın dövlət rəsmilərinin təlimlərlə bağlı verdikləri açıqlamalarda başlanmış aksiyanın ölkənin nüvə obyektlərini mümkün hücumlardan qorumaq məqsədi daşıdığı bildirilib. Molla rejimi təmsilçilərinin sözügedən hərbi kampaniyaya dair verdikləri izahat sözsüz ki, diplomatik ritorikadan başqa bir şey deyil. İran hakimiyyəti belə bir qərar verməklə öncə ölkədə mütləq sabitliyin bərqərar olmasını nümayiş etdirməyə çalışır. Çünki yayda keçirilmiş son prezident seçkilərindən sonra baş qaldırmış kütləvi etirazlar mövcud rejimə sarsıdıcı zərbə vurub. Mollalar bu zərbədən sonra hakimiyyəti itirməsələr də, onların "süqut yolu"na çıxdıqları şübhə doğurmur. Daxili təlatümlər fonunda beynəlxalq vəziyyəti xeyli kritikləşən, məruz qaldığı sanksiyalardan hələ də qurtula bilməyən İran hərbi təlimlərin təşkilinə qərar verməklə, "ayaqda qaldığını" sərgiləmək istəyir. Dəqiq deyilsə, gələcəyilə bağlı qorxu içində olan İran dünyanı "qorxutmaq" niyyətindədir. Ekspert İldırım Məmmədov İranın regionda gərginlik yaradılmasına hesablanmış addımlarının əvvəl-axır özünə qarşı çevriləcəyini düşünür: "Son aylarda belə təəssürat yaranırdı ki, İran müəyyən beynəlxalq qurumlarla əməkdaşlığı bərpa etməklə nəhayət, öz siyasətini konstruktiv məcraya keçirəcək. Amma İran elə bir ölkədir ki, ondan belə bir addım gözləməyə dəyməz. Cənubdakı qonşumuz müəyyən fasilədən sonra yenidən genişmiqyaslı hərbi təlimlərə başlamaqla, özünün əsas niyyətindən geri çəkilməyə hazır olmadığını bir daha göstərdi. Budur, İran yeni təlimlərə start verib və dünyanın bu məsələyə münasibətinin onun üçün vacib olmadığını nümayiş etdirir. Sözsüz ki, Tehranın bu manevrlərə başlaması dünyaya meydan oxumaq kimi qiymətləndirilə bilər. Amma İranın bu addımı təkbaşına atdığını düşünmək də sadəlövhlük olardı. Həmin təlimlərdə istifadə olunan və sınaqdan çıxarılan yeni silah-texnika Rusiyanın İrana ötürdüyü texnologiyalar əsasında hazırlanıb. Sadəcə, bəzi silahların və raketlərin adlarını dəyişdirib, onları İran istehsalı kimi təqdim etməklə, diqqəti yayındırmaq istəyirlər. Bayaq obrazlı şəkildə vurğuladım ki, İranın davam etdirdiyi hərbi təlimlər dünyaya meydan oxumaqdır. Amma bu ölkə hazırda o gücün sahibi deyil ki, dünyaya açıq çağırış verə bilsin. İranın malik olduğu hərbi texnologiya nəinki ABŞ-ı, heç Avropanı da vurmaq imkanında deyil. Bu isə o deməkdir ki, bu ölkənin güc nümayişi region ölkələrinə, ilk növbədə də, Azərbaycana yönəlib. İran rəsmiləri dəfələrlə bildiriblər ki, situasiya tələb edərsə, Ştatların bölgədəki tərəfdaşlarına da hərbi zərbə endirilə bilər. Aydın məsələdir ki, bu təhdid Azərbaycana ünvanlanıb. Yəni Birləşmiş Ştatlara əli çatmayan İran onun regiondakı tərəfdaşlarına əzələ nümayiş etdirir. Sual yarana bilər ki, Ağ Ev İranın bu addımlarına, ayrı-ayrı ölkələrə yönələn təhdid dolu xəbərdarlıqlarına niyə ciddi reaksiya vermir? Bilirsiniz ki, ABŞ-ın yeni rəhbərliyi kifayət qədər fərqli siyasət yürüdür və danışıqlar yolu ilə ortadakı problemlərin aradan qaldırılmasına inandığını bildirir. Buna görə də, baş verənlərin müşahidəsi ilə kifayətlənir. Eyni zamanda, İranın da ardıcıllıqla hərbi təlimlər keçirməsi onun qüdrətli və hər şeyə qadir bir ölkə olması anlamına gəlmir. Tehran regionda gərginliyin qalması üçün məqsədli addımlar atır. Bundan başqa, Yaxın Şərq ölkələrində məlum terror şəbəkələrinin maliyyələdirilməsini davam etdirir. Bir neçə gün əvvəl İranın Livandakı qruplaşmalara göndərdiyi silah partiyasının aşkarlanması Tehranın öz siyasətini dəşyişmək niyyətində olmadığını təsdiqləyir. Lakin terroru dəstəkləyən ölkələrin aqbəti İrandan da yan keçməyəcək". Politoloq Elxan Mehdiyev isə İranın hərbi təlimlər keçirməsində qeyri-adi heç nə görmür: "Özünün silahlı qüvvələrinə malik olan istənilən ölkənin hərbi təlimlər keçirməsi çox təbiidir. İran da hərbi arsenalının imkanlarını müəyyənləşdirmək, yeni sınaqlar aparmaq üçün ildə bir neçə dəfə təlimlər düzənləyir".Rahid Cəfərli

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar