SON XƏBƏRLƏR

Əhmədinejad, latin Amerika səfərini dəvam etdirir

2021.10.20, 07:36
Əhmədinejad, latin Amerika səfərini dəvam etdirir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Braziliya prezidenti Lula da Silva ölkəsində səfərdə olan İran prezidenti Mahmud Əhmədinejadla noyabrın 23-də görüşüb. Braziliyanın dövlət başçısı İranın nüvə proqramına bəraət qazandıran bir neçə liderdən biri kimi bəyan edib ki Qərb dövlətləri Tehranın nüvə proqramı ilə bağlı məsələnin ədalətli və balanslı şəkildə həlli ilə bağlı razılığa gəlməlidir. O beynəlxalq sazişlərə əsasən İranın dinc nüvə proqramına malik olmaq hüququnu tanıdığını da bildirib. Qeyd edək ki Əhmədinejad Braziliyaya səfər edən ilk İran prezidentidir. Onun səfəri İsrail prezidenti Şimon Peresin bu ayın əvvəllərində həmin ölkəyə səfərindən sonra baş tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar