SON XƏBƏRLƏR

Azərbaycan-Türk Diasporası Azərbaycan və Türkiyə prezidentlərinə müraciət ünvanlayıb

2021.10.20, 07:36
Azərbaycan-Türk Diasporası Azərbaycan və Türkiyə prezidentlərinə müraciət ünvanlayıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diasporunun Təşkilatları Koordinasiya Şurası Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə dövlət başçısı Abdullah Gülə müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Biz, Avropa Azərbaycanlıları Konqresi və Azərbaycan-Türk Diasporunun Təşkilatları Koordinasiya Şurasının üzvləri Qarabağ problemi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılması doğru hesab etmirik. Ermənistan hələ də Azərbaycan torpaqlarını əsarətdə saxlayır. Biz istəyirik ki, qardaş xalqlar öz dostluqlarını sona qədər saxlayaraq gələcək nəsillərə çatdırsınlar”. Qeyd edək ki Azərbaycan-Türk Diasporunun Təşkilatları Koordinasiya Şurasının nümayəndələri Qarabağ problemi həll olunmayana qədər Türkiyə-Ermənistan sərhədlərinin açılmasının yolverilməz olduğunu qeyd ediblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar