SON XƏBƏRLƏR

Şərqi Azərbaycanın vərnisi beynəlxalq qeydiyyata alınacaq

2023.11.18, 12:03
Şərqi Azərbaycanın vərnisi beynəlxalq qeydiyyata alınacaq

Şərqi Azərbaycan əyalətinin Vərni xalçası beynəlxalq qeydiyyata alınacaq.

Gunaz.tv

Bu barədə Mədəni İrs Təşkilatı məlumat yayıb.

Bildrilib ki, vərninin qeydiyyata alınması ilə bağlı proses 2020-ci ildə Əhər şəhərinin vərni paytaxtı elan edilməsindən sonra başladılıb.  

Qeyd edək ki, xovsuz xalça növü olan vərni Şərqi Azərbaycan əyalətinin Qaradağ mahalında ən yayqın əl işlərindən biridir.

Burada köçəri yaşayan əhalinin qadınlarının 40%-i vərni toxuyur və bu onların əsas gəlir qaynaqlarından biri sayılır.

Hər il burada toxunan 4 min kvadrat metr vərni İranın müxtəlif bölgələrinə və xarici ölkələrə ixrac edilir.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar