SON XƏBƏRLƏR

İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir

2026.11.15, 08:32
İran dövlət televiziyası: Britaniyanın Feyrfod aviabazası İran raketlərinin hədəf dairəsinə daxildir

Gunaz.tv

İran İslam Respublikasının dövlət televiziyası videoreportajında bildirib ki, Xürrəmşəhr raketinin döyüş başlığının çəkisinin dəyişdirilməsi ilə Britaniyadakı Feyrfod aviabazası İran silahlı qüvvələrinin hədəf dairəsinə daxil ola bilər.

Reportajda “Raketlərimizin mənzili üçün heç bir sərhəd yoxdur” ifadəsi işlədilib və Müctəba Xameneinin “coğrafi məhdudiyyət olmadan” hərbi cavab verilməsi ilə bağlı mesajına istinad olunub.

İranın ali rəhbərinin rəsmi informasiya portalı noyabrın 9-da xəbər vermişdi ki, Xamenei silahlı qüvvələrin yüksək rütbəli komandirləri ilə görüşündə hökumətə qarşı istənilən təhdidin “dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan” cavablandırılacağını bildirib.

O, həmçinin “düşmənin maddi və qeyri-maddi aktivlərinin müxtəlif növlərinin” İran silahlı qüvvələrinin hədəf dairəsinə daxil edilməsi üçün “hədəflər bazası”nın yenilənməsini tələb etmişdi.

Dövlət televiziyasının “Avropanın hansı nöqtələri İran raketlərinin hədəfi ola bilər?” başlığı ilə yayımladığı reportajda müxtəlif raketlərin görüntüləri nümayiş etdirilir və “Raketlərimizin mənzili üçün heç bir sərhəd yoxdur” deyilir.


GunAz TV
R.G

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar