SON XƏBƏRLƏR

Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur

2026.11.15, 19:22
Urmiyə Şəhər Şurasının üzvü: Ölkədə pan-türk yoxdur, amma pan-fars və İranşəhri düşüncəlilər çoxdur

Gunaz.tv

Urmiyə Şəhər Şurasının üzvü Məhəmməd Xəlilpur şuranın açıq iclasında, Urmiyə valisi Qəhrəman Eyvazlunun iştirakı ilə çıxış edərək bildirib ki, ölkədə pan-türkçülük yoxdur, əksinə, pan-fars və İranşəhri düşüncəsi geniş yayılıb. O vurğulayıb ki, şəhərin həqiqi tarixinin tanıdılması pan-türkçülük deyil.

Xəlilpur Azərbaycanın tarixi abidələrinin tanıdılmasına diqqət çəkərək, Tikab (Tikantəpə) 4500 illik Süleyman Təxtı (Soğurlu və ya Suğurluq) abidəsinin lazımi səviyyədə təqdim edilmədiyini, halbuki təxminən 2500 illik Persepolisin gecə-gündüz təbliğ olunduğunu deyib.

Şura üzvü Urmiyənın Gök Təpə kəndində Gilqameşlə əlaqələndirilən arxeoloji tapıntılara da toxunub. Onun sözlərinə görə, kənddəki qədim təpənin 5 min illik tarixi var, Gilqameşə aid əsər isə 1958-ci ildə amerikalılar tərəfindən aşkar edilib. Həmin ərazidən tapılan bəzi nümunələr ayrıca şəkildə Fransanın Luvr muzeyində saxlanılır.

Xəlilpur Urmiyə şəhərində Gilqameşə həsr olunmuş abidənin ucaldılmasının zəruriliyini vurğulayıb. O bildirib ki, şəhərin tarixi irsi və kimliyi ilə bağlı məsələlər gündəmə gətiriləndə onları pan-türkçülükdə ittiham edirlər. Şura üzvü Urmiyənın tarixi və sivilizasiyasının dünyaya tanıdılması üçün elmi seminarların keçirilməsinə çağırıb.

 

GunAz TV
R.G
 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar