SON XƏBƏRLƏR

Səid Mətinpur Evin Zindanında yeni bölməyə köçürülüb

2021.10.20, 07:36
Səid Mətinpur Evin Zindanında yeni bölməyə köçürülüb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Güney Azərbaycanlı jurnalist və insan hüquqları fəali cənab Səid Mətinpur Evin Zindanında yeni bir bölməyə köçürülüb. O hazırda məhkum edilmış 8 illik həbs cəzasını çəkir. Məhbus noyabrın 11-də mali bölümdən, evin zindanının 350-ci bölümünə köçürülüb. Yeni köçürüldüyü bölüm siyasilərə aiddir. məhbusun ailə üzvləri bildirir ki iki gün öncə Səid bəyin görüşünə gediblər ancaq məhkəmənin verdiyi icazənaməyə baxmayaraq zindan məmurları buna icazə verməyib. qeyd edək ki yeni bölməyə köçürüldükdən sonra Səid Mətinpurun ailəsi ilə telefən bağlantıları da məhdudlaşdırılıb. Məhbusun xəstə olduğunu nəzərə alsaq bu məhdudiyətlər onun ailəsində nigaranlığa səbəb olub. xatırladaq ki Səid Mətinpur müvəqqəti şəkildə saxlanılan zaman işgəncələr nəticəsində, bədəninin bir çox nahiyəsindən arizələr və xəstəliklər əmələ gəlib. O Hazırda bir neçə xəstəlikdən əziyət çəkir. Bu günə qədər isə onun zindandan xaric hər hansı bir tibbi mərkəzdə müalicə tələblərinə icazə verilməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar