SON XƏBƏRLƏR

Narkotik qaçaqçısı olan İran vətəndaşı 11 il həbs cəzasına məhkum edildi

2021.10.20, 07:36
Narkotik qaçaqçısı olan İran vətəndaşı 11 il həbs cəzasına məhkum edildi

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə İran vətəndaşı Səadəti Abbas Rəcəbli oğlu 11 il azadlıqdan məhrum edilib. Trend news-un aydığı məlumatda bildirilir ki o İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotik vasitə gətirməkdə ittiham olunub. Səadəti Abbas bu ilin avqustun 2-də Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsi Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən tutulub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206.2), qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən, külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234.4.1, 234.4.3) maddələri ilə ittiham olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar