SON XƏBƏRLƏR

İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtəhi azadlığa buraxılıb

2021.10.20, 07:36
İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtəhi azadlığa buraxılıb

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “dövlət təhlükəsizliyinə qarşı sui-qəsd də, mövcud rejimə qarşı təbliğat aparmaqda, prezidenti təhqir etməkdə, icazə verilməyən kütləvi tədbirlərdə iştirak etməkdə, eləcə də gizli sənədlər saxlamaqda” ittiham olunub 6 il həbs cəzası almış İranın keçmiş vitse-prezidenti Məhəmməd Əli Əbtəhi azadlığa buraxılıb. “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, Məhəmməd Əli Əbtahi 7 milyard rial (təxminən 700 min dollar) müqabilində azadlığa buraxılıb. Tehran prokuroru Abbas Cəfəri bildirib ki, Əbtəhi müvəqqəti azadlığa buraxılıb. Qeyd edək ki, İran qanunvericiliyi məhkəmənin barəsində hökm çıxardığı şəxslərin appelyasiya məhkəməsi dövründə girov müqabilində azadlığa buraxılmasına icazə verir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar