SON XƏBƏRLƏR

Güney Azərbaycanda tarixi əsərlər məhv edilir

2023.11.20, 14:26
Güney Azərbaycanda tarixi əsərlər məhv edilir

Şərqi Azərbaycan əyalətinin Vərziğan bölgəsində "Əmir Ərşəd" sarayının həyətində saxlanılan tarixi qoç heykəlləri məhv edilir.

Gunaz.tv

Bildirilib ki, Qaradağın müxtəlif bölgələrindən toplanan tarixi daş qoç heykəlləri açıq havada baxımsız vəziyyətdə saxlanılır.

Videolarda tarixi əsərlərin çoxunun dağıldığı, sındırıldığı və bir neçə parçaya bölündüyü göstərilir.

Qeyd edək ki, daşdan yonulan qoç heykəlləri Azərbaycanın müxtəlif bölgələrində, tarixi yer və qəbristanlıqlarında minlərlə idi.

Son illər Mədəni İsr Nazirliyinin məsuliyyətsizliyi ucbatından onların çoxu oğurlanıb, qalanlar çoxu isə Tehran və başqa şəhərlərin muzeylətinə aparılıb.

Hazırda Təbriz muzeyi və Vərziğanın Əmir Ərşəd sarayında bir neçə sındırılmış qoç heykəlinin qalıqları saxlanılır.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar