SON XƏBƏRLƏR

Bütöv Azərbaycan Gənclər Təşkilatı “Güney Azərbaycan” mövzusunda tədbir keçirib

2021.10.20, 07:36
Bütöv Azərbaycan Gənclər Təşkilatı “Güney Azərbaycan” mövzusunda tədbir keçirib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin "sia"-ya isinadən yaydığı məlumata görə, Bütöv Azərbaycan Gənclər Təşkilatı (BAGT) “Güney Azərbaycan” mövzusunda tədbir keçirib. tədbirdə Azərbaycanın İrandakı keçmiş səfiri, millət vəkili Nəsib Nəsibli də iştirak edib. Tədbiri giriş sözü ilə açan təşkilatın sədri Ruslan İzzətli Bütöv Azərbaycan hərəkatının tarixindən və bu günkü fəaliyyətindən danışıb. O bildirib ki, bu gün cəmiyyətimizdə Bütöv Azərbaycan ideologiyası hakim olmalı və bu yöndə gənclərimiz aktiv işləməlidir. Daha sonra millət vəkili Nəsib Nəsibli çıxış edərək Güney Azərbaycandakı istiqlal mübarizəsinin tarixindən, hərəkatın keçdiyi çətin və şərəfli yoldan söhbət açıb. O gənclərə bu yöndə aktiv olmağa, hər bir kəsi Bütöv Azərbaycan yolunda birləşməyə çağırıb. Qeyd edək ki, tədbirdə mövzu ətrafında müzakiələrlər aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar