SON XƏBƏRLƏR

İranda nüvə obyektlərini müdafiə məqsədi ilə, irimiqyaslı hərbi təlimlərə start verilib

2021.10.20, 07:36
İranda nüvə obyektlərini müdafiə məqsədi ilə, irimiqyaslı hərbi təlimlərə start verilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, Təlimlərdə İsrail ərazisinə və Fars körfəzində yerləşən Amerika hərbi bazalarına çatmaq qabiliyyətinə malik raketlər sınaqdan keçiriləcək. Təlimlər 5 gün davam edəcək. İran ordusunun hava hücumundan müdafiə qüvvələrinin rəisi Əhməd Mihəni bildirib ki, təlimlərin əsas məqsədi İranın nüvə sənayesi obyektlərinə hava təhlkələrini qabaqlamaqdır. Mihəni bildirib ki, təlimlər ölkənin Buşehr, Fars, İsafahan, Tehran və ölkənin qərb əyalətlərini əhatə edəcək ki, bu da ölkənin üçdə biri deməkdir. General həmçinin qeyd edib ki, beşgünlük təlimlərdə təkcə hərbi qüvvələr deyil, İslam İnqilabı Keşikçiləri Korpusunun bölmələri və yarımhərbi birləşmə olan “Bəsic” qüvvələri də iştirak edəcək. İran rəhbərliyi ölkənin hava hücumundan müdafiə sisteminə son vaxtlar xüsusi diqqət yetirir. Rəsmi Tehran hesab edir ki, əgər İranın nüvə sənayesini sıradan çıxarmaq qərarı verilsə, ölkənin potensial rəqibləri olan ABŞ və İsrail ilk növbədə İranın nüvə obyektlərinə zərbə endirəcəklər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar