SON XƏBƏRLƏR

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı "mühüm irəliləyiş" əldə oldunduğu bildirilir

2021.10.20, 07:36
Azərbaycan və Ermənistan prezidentlərinin görüşü zamanı "mühüm irəliləyiş" əldə oldunduğu bildirilir

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, dünən noyabrın 22-də Azərbaycan və Ermənistan prezidentlərinin Münhendə keçirilən 4 saatlıq görüşü zamanı vacib irəliləyişə nail olunub. Bu haqda ATƏT-in Minsk qrupunun fransalı həmsədri Bernar Fasye görüşdən sonra jurnalistlərə müsahibə verərkən bildirib. Görüşün gərgin keçdiyini deyən həmsədrin sözlərinə görə, danışıqlar zamanı əvvəllər razılaşdırılmayan məsələlər dərindən və diqqətlə müzakirə edilib. Bundan əlavə indiyə qədər heç vaxtı müzakirə edilməyən məsələlərdə diqqət mərkəzində olub. Amma bernar fasye məxfiliyi qorumaq məqsədi ilə bu məsələlər barədə açıqlama verməyib. Yalnız onu bildirib ki, qarşıdakı günlər ərzində həmsədrlər yeni məsələr üzərində işləyəcəklər. O növbəti görüşün dekabrda Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında keçriləcəyini bildirib. Prezidentlərin görüşü barədə amerkalı həmsədr Robert Bratkedə fikirlrini açıqlayıb. O da keçirilən görüşü irəliyə doğru addım adlandırıb. Azərbaycan prezidenti İlham Əliyev Almaniyanın Münhen şəhərində keçirilən bu görüşdən əvvəl bəyan etmişdi ki, bugünkü danışıqlar rəsmi Bakı üçün həlledici ola bilər. O demişdi ki, Münhen danışıqlarında heç bir nəticə əldə olunmazsa, regionda hərbi əməliyyatların bərpa olunacağının ehtimalı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar