SON XƏBƏRLƏR

Avopa Parlamentinin nümayəndələri Güney Azərbaycanla bağlı məktub yazıblar

2023.11.22, 16:00
Avopa Parlamentinin nümayəndələri Güney Azərbaycanla bağlı məktub yazıblar

Avropa Parlamentinin nümayəndələri İranda azərbaycanlılara qarşı təzyiq və farsladırma siyasəti ilə balı məktub yazıblar.

Gunaz.tv

AP üzvləri Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrellə ünvanladıqları məktubda "azərbaycanlılara qarşı farslaşma və ayrı-seçkilik siyasəti gözardı edilə bilməz",- deyə qeyd ediblər.

Onlar İranda 30 milyon azərbaycanlının yaşadığını, İran hakimiyyətinin onlara qarşı asimiliyasiya siyasəti yürüdərək farslaşdırmağa çalışdığını yazıblar.

İtaliya, İspaniya və Hollandiyadan olan 9 parlament üzvü azərbaycanlıların milli və mədəni kimliklərinin məhv edilməsinin qarşısının alınmasına çağırıblar.

AP nümayəndələri İranda yaşayan azərbaycanlıların ölkənin siyasi həyatında iştiraklarının məhdudlaşdırıldığını bildiriblər.

Nümayəndələr eyni halda azərbaycanlıların ətraf mühit məsələlərində də ayrı-seçkiliyə məruz qaldıqlarını vurğulayıblar.

Timur

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar