SON XƏBƏRLƏR

BMT Baş Assambleyasında, İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamə layihəsi qəbul edilib

2021.10.20, 07:36
BMT Baş Assambleyasında, İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamə layihəsi qəbul edilib

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etiyi məlumata görə, BMT Baş Assambleyasının sosial və hümanitar məsələlər komitəsi İranda insan hüquqlarının pozulmasını pisləyən qətnamə layihəsini qəbul edib. Layihəni komitənin 74 üzvü dəstəkləyib, 48 nəfər isə onun əleyhinə səs verib. Qətnamə layihəsində İranda insan hüquqları sahəsində davam edən ciddi pozuntulardan dərin narahatlıq ifadə olunur. BMT komitəsi müxalifətçilər, jurnalistlər, bloggerlər, vəkillər, hüquq müdafiəçiləri, tələbələrə qarşı təqib və həbsləri, eləcə də kütləvi edamlar, insanların daşqalaq edilməsi və azadlığın məhdudlaşdırılmasını pisləyir. Qətnamədə İranda keçirilmiş prezident seçkilərinə də xüsusi yer ayrılıb.ans

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar