SON XƏBƏRLƏR

İranda 10 gündə 16 nəfər edam olunub

2021.10.20, 07:36
İranda 10 gündə 16 nəfər edam olunub

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, İranda son 10 gündə müxtəlif cinayətlərdə ittiham olunmuş 16 nəfər asılıb. Bu məlumatı İran Məhkəmə Sisteminin rəsmiləri aşıqlayıb. Kirman, İsfahan, Həmədan, Qaimşəhr, Bocnurd, Əhvaz və Sənəndəc şəhərlərində edam olunanların ittihamı müxtəlifdir. Onların 1-i sistemə qarşı müxalif siyasi təşkilatlarla əməkdaşlıqda, 3-ü Allaha qarşı müharibədə, 4-ü təcavüzdə, qalanları isə narkotik qaçaqmalçılığında suçlanıblar. Bu məlumatı Cənubi Xorasan əyaləti Ədliyyə Təşkilatının rəisi Əhməd Keyxüsrəvi jurnalistlərə açıqlamasında bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar