SON XƏBƏRLƏR

Qulamhüseyn Möhsüni Ejei: Məhkəmə Sistemi etirazçıların daha kəskin əzilməsində qərarlıdır

2021.10.20, 07:36
Qulamhüseyn Möhsüni Ejei: Məhkəmə Sistemi etirazçıların daha kəskin əzilməsində qərarlıdır

Gunaz.tv
GÜNAZ.TV mətbuat mərkəzinin əldə etdiyi məlumata görə, “Məhkəmə Sistemi builki prezident seçkisinin rəsmi nəticələrinə etiraz edərək iğtişaş yaradanların daha kəskin əzilməsində qərarlıdır. Sistemə qarşı çıxanlara güzəşt olunmayacaq”. Bu sözləri İranın baş prokuroru, ETTELAAT-ın keçmiş rəhbəri Qulamhüseyn Möhsüni Ejei noyabrın 19-da jurnalistlərə açıqlamasında bildirib. baş prokuror prezident seçkisinin rəsmi nəticələrinə etirazları davam etdirənləri bundan sonra daha kəskinliklə əzəcəklərini vurğulayıb. O iki həftə sonra keçiriləcək “Tələbə günü” aksiyasına vətəndaşları çağıranlara jiddi xəbərdarlıq edib və buna qarşı ciddi tədbirlər görüləcəyini diqqətə çatdırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar